×

Subscribe

Mar 14, 2023 59

"StartUp School" is beginning to operate

"Enterprise Azerbaijan" portalı və ABŞ-ın Nevada Universitetinin “Özmən Sahibkarlıq Mərkəzi” “StartUp School” layihəsinə start verir. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib. “StartUp School” layihəsi startaplara ABŞ, Türkiyə, İsrail və Azərbaycandan olan mentorlar tərəfindən təlim, kursu bitirən bütün startaplara beynəlxaq səviyyəli sertifikat, I yerin qalibinə ABŞ-da I2B treninqdə iştirak imkanı, II və III yerlərin qaliblərinə KOBİA və Dövlət Məşğulluq Agentliyi tərəfindən hədiyyə, II və III yerlərin qaliblərinə “Sabah.lab”-ın akselerasiya proqramında iştirak, 9 layihəyə KOBİA-nın “Startap Şəhadətnaməsi”nin verilməsi, 9 layihəyə “Sabah.lab”-ın mentorluq proqramında iştirak imkanı və “Fintech” nominasiyasında seçilən komandaya “PASHA Bank” da təcrübə kecmək imkanı təqdim edəcək. “StartUp School”-a 17.02.2023-cü il tarixindən yaş məhdudiyyəti olmadan ideyası və startapı olan hər kəs müraciət edə bilər. Layihəyə qeydiyyat keçmək istəyən şəxslər buraya və ya "Enterprise Azerbaijan" portalına-a daxil ola bilərlər.