UFAZ students won EUSPA special prize in ActInSpace Hackathon
ActInSpace 2022 Azərbaycan hakatonunun qalibi olan UFAZ-ın Nexus komandası Fransanın Kann şəhərində keçirilən ActInSpace Beynəlxalq Finalında 1-ci yeri qazanıb.
UFAZ tələbələri Ömər Nuruzadə, Emin Xəlifəyev, Gülər İsmayılova, Sənan Çaharkama və Araz Şəfiyevdən ibarət Nexus komandası yanacaq sərfiyyatının səmərəliliyi və karbon emissiyalarını azaltmaq üçün uçuş trayektoriyalarını optimallaşdıran həll təklif edib. Qaliblər “Airbus 310 Zero G” Qran-Pri mükafatını - çəkisizlik şəraitində uçuş imkanı əldə edib.
Bundan əlavə, Nexus komandası finaldan əvvəl Avropa İttifaqı Kosmik Proqramlar Agentliyinin (EUSPA) xüsusi mükafatını qazanıb. EUSPA mükafatı sabahın innovatorlarını bərpaolunan enerji mənbələrinə keçidi dəstəkləyən və ya enerji səmərəliliyi və qənaətini yaxşılaşdıra biləcək məhsul və xidmətləri inkişaf etdirməyə çağırır.
Related news
The Innovation and Digital Development …
The Agency for Innovation and Digital Development has issued …